Daimi qeydiyyat yerlərində yaşamayanlar necə səs verə bilərlər? -

Daimi qeydiyyat yerlərində yaşamayanlar necə səs verə bilərlər? - HÜQUQ MƏSLƏHƏTİ

17 Avqust 2024

Sual: Daimi qeydiyyat yerlərində yaşamayanlar necə səs verə bilərlər?

Cavab: Seçki günü qeyri-iş günü elan edildiyindən daimi qeydiyyat ünvanından uzaqda yaşayanlar müvafiq seçki məntəqələrinə gedib səs verə bilərlər.

Bunu etmək mümkün olmadıqda, seçici öncədən qeydiyyatda olduğu seçki məntəqəsinə gedərək adının seçki siyahısından çıxarılması ilə bağlı sənəd - "çıxarış vəsiqəsi" ala bilər.

Sonra həmin sənədlə hazırda yaşadığı yerdə seçici kimi adını əlavə seçici siyahısına saldırıb səs verə bilər.


Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov