SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada xalq teatrlarının festivalı davam edir - FOTO

Muxtar respublikada xalq teatrlarının festivalı davam edir - FOTO
13-06-2019, 13:04

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə Xalq teatrlarının muxtar respublika festivalı çərçivəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının Eynəli bəy Sultanovun “Sənəm” adlı iki hissəli vodevili əsasında hazırladığı tamaşa nümayiş olunub.

Eynəli bəy Sultanovun ilk qələm təcrübəsi olan “Sənəm” əsərində saf və təmiz məhəbbəti, sədaqəti hər şeydən üstün tutan azərbaycanlı qızı Sənəmin real obrazı yaradılıb. Müəllifin özünün vaxtı ilə dediyi kimi, pyesin məzmunu bir qədər nağılvari olsa da, real həyatdan götürülüb.

Tamaşada əsas rollarda Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva və Məhərrəm Əbilsoy oynayıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə, rəssam və musiqi tərtibatçısı Neymət Sultanovdur. Tamaşada görkəmli bəstəkar Rauf Hacıyevin musiqisindən istifadə olunub.

Qeyd edək ki, xalq teatrlarının muxtar respublika festivalı iyunun 19-da Babək Rayon Xalq Teatrının yazıçı-dramaturq Əfqan Əsgərovun “Qız atası” pyesi əsasında hazırladığı tamaşa ilə başa çatacaq.


Muxtar respublikada xalq teatrlarının festivalı davam edir - FOTO
Muxtar respublikada xalq teatrlarının festivalı davam edir - FOTO

Əli Rzayev

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930