SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
12-06-2019, 15:40

Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdən öncə universitetin İncəsənət fakültəsinin sərgi salonunda ümummilli liderin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil edilib. Rəngkarlıq, qrafika, dekorativ tətbiqi sənət nümunələrinin əks olunduğu sərgidə 30-dan çox əsər nümayiş olunub. Fakültənin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Rektor Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirərək qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas olunması, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyi diqqətə çatdırılıb. Rektor 1997-ci ildən qeyd edilən bayram münasibətilə universitetin müəllim, tələbə kollektivini təbrik edib.
“Böyük missiyanı gerçəkləşdirən siyasi düha” adlı çıxışında Beynəlxalq münasibətlər kafedrasının müəllimi Arzu Abdulayev bildirib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik və azadlıq heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. Vurğulanıb ki, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail olunub. Məhz ulu öndərin bu müdrik addımı nəticəsində Azərbaycan dövlətçiliyinə yönəlmiş qəsdlərdən uğurla çıxıb.
Tələbələrin bədii qiraəti dinlənildikdən sonra “Milli qurtuluşdan intibaha” adlı film nümayiş olunub. Sonra tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.


Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930