SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur Rayon Mədəniyyət Sarayında Xalq Çalğı Alətləri Orkestrinin konserti olub

Şərur Rayon Mədəniyyət Sarayında  Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
11-06-2019, 19:35

İyunun 11-də Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş konserti olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Orkestr konsertə görkəmli bəstəkarımız Tofiq Quliyevin “Qaytağı” melodiyası ilə başlayıb.Müğənnilərdən İlkin Abdullayev Asəf Zeynallının “Ölkəm” romansını, Üzeyir Hacıbəyovun “Sevgili canan” romansını, “Koroğlu” operasından Koroğlunun ariyasını ifa etdikdən sonra isdedadlı müğənni Nərmin Hüseynova Tofiq Əhmədov, Emin Sabitoğlunun “Güldür məni”, “Sən olmusan” mahnılarını səsləndirmişdir.

Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Azər Cəfərli, Hünər Əliyev, isdedadlı müğənni Ruhiyyə Hüseynova Fikrət Əmirov, Səid Rüstəmov, Oqtay Kazimi, Hacı Xanməmmədov, Nəriman Məmmədov, Şəfiqə Axundova, Rəşid Məmmədov və başqalarının mahnılarını səsləndirmişlər.

Müğənnilərin ifasında Azərbaycanı və Naxçıvanı tərənnüm edən “Azərbaycan elləri”, “Vətənim Azərbaycan”, “Doğma Naxçıvan” mahnıları alqışlarla qarşılanmışdır.

Xalq Çalğı Alətləri Orkestrinin konsertində Azərbaycan bəstəkarlarının rəqs musiqiləri də ifa edilmişdir.

Bir saatdan artıq davam edən konsert rayon sakinlərində xoş ovqat yaratmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930