SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda “Müasir gənclik və mədəniyyətimiz” devizi altında dəyirmi masa olub

Babək  rayonunda “Müasir gənclik və mədəniyyətimiz” devizi altında dəyirmi masa olub
11-06-2019, 18:01

İyunun 10-da Babək Rayon Uşaq Musiqi Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən nazirliyin aparıcı məsləhətçisi Elvin Əhmədov bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir.

Qeyd edilib ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində də gənclərlə iş sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, mədəniyyət, mədəni irs, incəsənət, təhsil, sahəsində istedadlı və yaradıcı gənclərlə əlaqəli tədbirlər, dəyirmi masalar keçirilmiş, istedadlı gənclərin aşkara çıxarılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə baxışlar, müsabiqələr, intellektual oyunlar keçirilmiş, sərgilər yaradılmışdır.

Gənc istedadların aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin xalqımızın qədim və zəngin mədəni irsindən faydalanmaqla mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər davam etdirilməkdədir.

Nazirlik tərəfindən uşaq və gənclərin intellektual səviyyələrinin inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülür. Belə ki, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan uşaq və gənclərin intellektual səviyyələrinin inkişaf etdirilməsi, xalqımızın musiqi mədəniyyətinin, görkəmli bəstəkarlarının həyat və yaradıcılıqlarının təbliğ edilməsi məqsədilə “Lira” musiqili-intellektual oyunu keçirilmişdir.

Vurğulanıb ki, “Müasir gənclik və mədəniyyətimiz” başlığı altında dəyirmi masalar keçirilmişdir. Burada cəmiyyətin, xüsusən də gənclərin ən aktual problemləri müzakirə edilmişdir.

Bu il ərzində muxtar respublikada yaşayan gənclərin məlumatlandırılması məqsədilə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı maarifləndirici tədbirlər də davam etdirilmişdir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində istedadlı gənclərin məlumat bankı ənənəvi və elektron formada yaradılmışdır. Muxtar respublikada mədəniyyət və incəsənət sahəsində xüsusi istedada malik uşaq və gənclərin məlumatları toplanaraq həm qeydiyyat kitabına, həm də elektron məlumat bankına işlənilir.

Sonra mövzu ilə bağlı müzakirələr olmuşdur. Mədəniyyət müəssisələrində, muzey və kitabxanalarda çalışan gənclər mədəniyyətimizin təbliği ilə bağlı fikir və rəylərini bildirmişlər. Çıxışlarda sosial şəbəkələrdə mədəniyyətimizin təbliği, mədəniyyətimizin, incəsənətimizin təbliği üsulları və vasitələrindən geniş söhbət açılmışdır.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930