SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qızıl xoruz” tamaşası Culfa rayonunda təqdim edilib

“Qızıl xoruz” tamaşası Culfa rayonunda təqdim edilib
10-06-2019, 22:15

İyunun 10-da Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Culfa Rayon Mədəniyyət Sarayında balaca tamaşaçılara görkəmli şair, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadənin “Qızıl xoruz” pyesi əsasında hazırladıqları tamaşanı təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görkəmli şair Mirmehdi Seyidzadənin uşaqlar üçün yazdığı şeirlər, mənzum nağıllar, kiçik pyeslər maraqlı əsərlərdir. Onun “Nərgiz”, “Qızıl quş”, “Billur qəsr”, “Ayaz”, “Qızıl xoruz” kimi əsərləri uşaq ədəbiyyatımızın zənginləşməsində əhəmiyyətli rol oynamışdır.

“Qızıl xoruz” tamaşası Azərbaycan xalq nağılının motivləri əsasında yazılmışdır. Məişət nağıllarından olan bu nağıl-tamaşada tamahkar padşah tənqid olunur. Tamaşada satira da güclüdür.

Nəzmlə yazılan bu tamaşada xoruzun başına gələn sərgüzəştlər oynaq və şən şəkildə səhnəyə gətirilir. Bir şahı pul tapan xoruz sevinib səs-küy salır, banlayır. Padşah əmr edir ki, xoruzun səsini kəsmək üçün pulu onun əlindən alsınlar. Kuklalarla hazırlanmış tamaşada əsas hadisələr də bundan sonra başlayır. Xoruzun səsini kəsə bilməyən padşah gülüş hədəfinə çevrilir. Bir sıra nağıllarımızda olduğu kimi burada da padşaha sözlə yanaşı, öz əməli və ağlı ilə təsir göstərmək, onu ədalətə çağırmaq əsas mövzudur. Tamaşada həm də tərbiyəvi fikir aşılanır, lovğalıq, tamahkarlıq, zorakılıq, pula hərislik tənqid edilir.

Tamaşadakı Elşən, Xoruz, Padşah, Vəzir, Fərraş, Naib, Aşbaz, Rəqqasə, Qonaq, Nənə surətlərini teatrın aktyorları Ləman Əhmədova, Süleyman Süleymanov, İlham Babayev, İbad Nəbiyev, İlqar Babayev, Arzu Səfərov, Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, Ulduz Süleymanova təbii və canlı səsləndirirlər.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.

“Qızıl Xoruz” tamaşası balacalar tərəfindən maraqla izlənilib.



“Qızıl xoruz” tamaşası Culfa rayonunda təqdim edilib
“Qızıl xoruz” tamaşası Culfa rayonunda təqdim edilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930