SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi şagirdlərinin Naxçıvan Muxtar Respublikasınn 95 illiyinə həsr olunmuş hesabat konserti olub

Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi şagirdlərinin Naxçıvan Muxtar Respublikasınn 95 illiyinə həsr olunmuş  hesabat konserti olub
10-06-2019, 18:32

İyunun 10-da “Gənclik” Mərkəzində Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş hesabat konserti olub.

Qeyd edək ki, muxtar respublikamızda uşaq musiqi məktəblərinə böyük diqqət və qayğı göstərilir. Hər il muxtar respublikamızın rayon mərkəzlərində və kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan şəhərində 6 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Son illər şəhərdəki uşaq musiqi məktəbləri üçün yeni binalar inşa olunmuş, məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. Uşaq musiqi məktəblərində hər il yeni ixtisaslar açılır. Bu uşaq musiqi məktəblərində həm də şagirdlərdən ibarət müxtəlif ansambllar, orkestrlər və başqa musiqi kollektivləri fəaliyyət göstərir. İstedadlı şagirdlərə müəllimlər tərəfindən diqqət və qayğı göstərilir.

Məktəbin hesabat konsertində Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Anamblının ifasında Elxan Rəhimovun “Abşeron fantaziyası” və Fikrət Əmirovun “Kor ərəb”in mahnısı səsləndikdən sonra şagirdlərdən Hüseyn Tağıyev tarda və fortepianoda Məleykə Vəliyeva görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Lay-lay” melodiyasını ifa etmişlər. Məktəbin I sinif şagirdi Nağı Nağızadənin ifasında italyan bəstəkarı Cüzeppe Verdinin “Hersoqun mahnısı” alqışlarla qarşılanmışdır.

Konsertdə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Faiq Sücəddinov və rus bəstəkarlarının əsərləri də səslənmişdir.

Şagirdlərin hesabat konsertində məktəbin I sinif şagirdi Xəzər Əliyevin ifasında “Şahnaz” muğamı, Sazçalanlar ansamblının ifasında “Kərəm gözəlləməsi”, Kamera orkestrinin ifasında tanqo rəqsi və xor musiqisi maraqla qarşılanıb.

Konsert Uşaq Musiqi və İncəsənət Məktəbinin Nağaraçalanlar ansamblının ifa etdiyi “Azərbaycan ritmləri” ilə başa çatıb.


Əli Rzayev

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930