SON DƏQİQƏ

naxcivanxeberleri.com

"7 Gözəl Wedding Fashion Show & Awards 4" keçirilib

9-06-2019, 18:30

"Pi Group Production" "Elite Events Hall"da möhtəşəm mükafatlandırma, şou və moda gecəsi keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə,"Elite Events Hall" da keçirilən "7 Gözəl Wedding Fashion Show & Awards 4 "də gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının, müğənnilərin çıxışı, iş adamlarının, digər sahələr üzrə uğur qazanmış şəxslərin və məşhurların mükafatlandırılması baş tutub.

Gəlinlik butiklərindən "White Room by Diamond" və "FH Bridal", ziyafət geyimlərindən isə "Rufina couture" və "By Nika Collection" nun defilələri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Gecədə "Azəri atəşi" rəqs qrupu, müğənnilərdən "Javid", Ayaz Babayev, Xatirə İslam və digərləri çıxış ediblər.

Surprizlərlə dolu bir gecədə ad gününü qeyd edən tanınmış fotoqraf Niko Abbasov üçün mapingdən hazırlanmış qeyri adi tort səhnəyə gətirildi.Digər surpriz isə tədbirin aparıcısı olan Vüqar Azəroğlunun illərdi sevdiyi xanıma hər kəsin qarşısında evlilik təklif etməsi ilə yaddaşlarda qaldı.

Digər tədbirlərdən fərqli olaraq "7 Gözəl Wedding Fashion Show & Awards 4" hər zamankı kimi tamaşaçıların böyük marağına səbəb olmuş və hər dəfə olduğu kimi ilklərə imza atıb.

Təşkilatçı: "Pİ Group Production"

Layihənin rəhbəri İsmayıl Qasımov

İdeya müəllifi Pərvanə Məmmədova

Gecənini aparıcısı Vüqar Azəroğlu

Musiqi rəhbəri Dj Zaur.

Tədbirin foto komandası: "Alakbarkarimli"

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930