SON DƏQİQƏ

naxcivanxeberleri.com

İbrahim Səfiyevin 120 illiyi qeyd edilib

İbrahim Səfiyevin 120 illiyi qeyd edilib
22-12-2018, 20:49

AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan rəssamı İbrahim Səfiyevin anadan olmasının 120 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.__Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq rəssamın irsinin öyrənilməsinə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam İbrahim Səfiyevin həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına xidmət etməklə bərabər, görkəmli rəssamın irsinə göstərilən diqqətin, sənətə verilən yüksək dəyərin ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva “İbrahim Səfiyevin həyat və yaradıcılığı” , Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova “Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığında janr müxtəlifliyi” mövzusunda çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə görkəmli rəssam İbrahim Səfiyevin irsinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika rəssamları və ziyalıları adından minnətdarlıq ediblər.

(nuhcixan)

İbrahim Səfiyevin 120 illiyi qeyd edilib
İbrahim Səfiyevin 120 illiyi qeyd edilib

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 277
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031