SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayonunda “Şuşa İli”nə həsr olunmuş kompozisiya təqdim edilib-FOTO

Babək rayonunda “Şuşa İli”nə həsr olunmuş kompozisiya təqdim edilib-FOTO
9-12-2022, 20:00

Dekabrın 9-da rayonun mədəniyyət sarayında təşkil olunan “Şuşa İli”nə həsr olunmuş tədbirdə əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizdən danışan rayon mədəniyyət idarəsinin müdiri Fətəli Axundzadə vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni və mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan edib, dekabrın 6-da Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, tədbirdə dahi Üzeyir Hacıbəyovun “Sənsiz”, “Sevgili canan” romansları, Şəfiqə Axundovanın “Həsrətindəyəm”, Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı və muğamlarımızdan parçalar ifa edilib. Həmçinin rayonun xalq teatrının aktyorları və mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən Vətənimizin gözəlliklərini tərənnüm edən, vətənpərvərlik hissi aşılayan şeirlər - Səməd Vurğunun “Azərbaycan”, Asim Yadigarın “Azərbaycan dünyaya günəş kimi doğacaq”, Elxan Yurdoğlunun “Çox şükür görüşdük, Şuşa!”, Zəlimxan Yaqubun “Azərbaycan oxusun” şeirləri bədii qiraət edilib. Tamaşaçıların gur alqışları ilə müşayiət olunan kompozisiya Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında “Qələbə marşı” ilə sona çatıb. 
 
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031