SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının sədri seçilib

Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının sədri seçilib
9-12-2022, 18:00

Bu gün Bakıda Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, qurultayda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Prezident İlham Əliyevin memarlıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan, görülən işlərdən danışıb.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına məktubunu oxuyub.

Mədəniyyət naziri Anar Kərimov nazirliyin Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb.

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin mükafatları təqdim olunub.

Qurultayın sonunda Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri seçilib.

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728