SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada “Lira” musiqili-intellektual oyununun final mərhələsi keçirilib

Muxtar respubilkada  “Lira” musiqili-intellektual oyununun final mərhələsi keçirilib
8-06-2019, 13:15

İyunun 7-də Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili-intellektual oyununun final mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, oyun başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova giriş sözü ilə çıxış edib.

Qeyd olunub ki, belə oyunların keçirilməsində məqsəd şagirdlərin biliyinin artırılmasına, onların intellektual səviyyəsinin yüksəldilməsinə, yaradıcı kollektivlərin fəaliyyətlərinin daha da inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.

Bildirilib ki, 2018-2019-cu tədris ili ərzində keçirilən “Lira” musiqili-intellektual oyunlarının nəticəsinə əsasən, qalib komandalar bugünkü final mərhələsində iştirak edəcəklər.Daha sonra bu mərhələdə iştirak hüququ qazanmış komandaların adları və oyunun şərtləri açıqlanmışdır.

Nəzərinizə çatdıraq ki, final mərhələsində iştirak etmək hüququnu Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin “Humayun”, S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms”, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin “Buta” və Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbinin “Aksent” komandaları əldə edib.

Maraqlı və gərgin keçən musiqili-intellektual oyunda komandalar görkəmli Azərbaycan və dünya bəstəkarları əsərlərini dinləmə yolu ilə təyin ediblər, musiqinin ümumi-nəzəri məsələləri və görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə bağlı sualları cavablandırıblar.

Oyunun yekununa görə “Humayun” komandası I, “Simayi-Şəms” komandası II, “Buta” komandası III yeri tutmuşdur. “Aksent” komandası isə diplom ilə təltif olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930