SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika da yallı müsabiqəsinin final turu keçirilib-FOTO

Muxtar respublika da yallı müsabiqəsinin final turu keçirilib-FOTO
8-06-2019, 10:19

İyunun 7-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsinin final turu keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Elvin Əhmədov çıxış edərək qeyd edib ki, qeyri-peşəkar şəkildə fəaliyyət göstərən yallı dərnəkləri üzvlərinin, yallı qruplarının və həvəskar kollektivlərin iştirak etdiyi müsabiqənin seçim turlarına muxtar respublikanın Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də ali və orta ixtisas təhsil müəssisələrindən kollektivlər qatılmışlar.Qeyd edilib ki, final turunda iştirak etmək hüququnu Şərur rayon Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar”, Babək rayon Kültəpə Kənd Mədəniyyət Evinin “Məhsəti”, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi”, Culfa Rayon Mədəniyyət Sarayının “Haçadağ”, Kəngərli Rayon Mədəniyyət Sarayının “Sarı gəlin”, Şahbuz rayon Badamlı Kənd Mədəniyyət Evinin “Badamlı”, Sədərək Rayon Mədəniyyət Sarayının “Tejgar”, Naxçıvan Dövlət Universitetinin “Yallı və rəqs”, Naxçıvan Müəllimlər İnstitutunun “Məhəbbət” və Naxçıvan Tibb Kollecinin “Birlik” yallı kollektivləri qazanıblar.

Daha sonra Elvin Əhmədov yallı kollektivlərinə uğurlar arzulayıb və final turuna start verilib.

Yallı kollektivlərinin ifalarından sonra qiymətləndirmə aparılıb.Qeyd edək ki, final turunda qiymətləndirmə iştirakçı kollektivlərin “geyim və səhnə mədəniyyəti”, “ifaçılıq məharəti”, “kollektiv hazırlığı” və “vaxta əməl olunması” meyarları üzrə aparılıb.

Müsabiqənin yekununda Şərur Rayon Yuxarı Aralıq Kənd Mədəniyyət Evinin “Bahar” yallı kollektivi I, Sədərək Rayon Mədəniyyət Sarayının “Tejgar” yallı kollektivi II, Naxçıvan Tibb Kollecinin “Birlik” yallı kollektivi isə III yerin qalibi olub. Qaliblərin mükafatlandırılması müsabiqə qaliblərinin yekun konsertində olacaqdır.


Muxtar respublika da yallı müsabiqəsinin final turu keçirilib-FOTO
Muxtar respublika da yallı müsabiqəsinin final turu keçirilib-FOTO
Muxtar respublika da yallı müsabiqəsinin final turu keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930