SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Musiqi Kollecində ustad dərs keçirilib

Naxçıvan Musiqi Kollecində ustad dərs keçirilib
8-06-2019, 10:08

İyunun 7-də Naxçıvan Musiqi Kollecində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev tələbə, şagird və müəllimlər üçün ustad dərs keçib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dərsi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova giriş sözü ilə açaraq qeyd edib ki, Teymur Əmir oğlu Şəmsiyev 1956-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 1960-cı ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və 1963-1974-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbində təhsil almışdır. 1975-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunmuş və professor Zöhrab Adıgözəlzadənin sinfində təhsil almışdır. 1980-ci ildə Konservatoriyanı fərqlənmə diplomu ilə bitirib, təyinatla Sumqayıt Musiqi Texnikumunda pedaqoji fəaliyyətə başlamışdır. 1981-ci il noyabr ayında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən pianoçuların ümumittifaq müsabiqəsində finalist olaraq diploma və texniki imkanlarına görə özəl mükafata layiq gorülmüşdür.1983-1985-ci illərdə Konservatoriyada aspirantura təhsili almış və öz müəllimi professor Zöhrab Adıgözəlzadənin assistantı vəzifəsində çalışmışdır. 1985-ci ildə aspirantura təhsilini bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1987-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. Təhsil aldığı illərdən bu günə qədər müxtəlif ölkələrdə - Almaniya, keçmiş Sovet İttifaqının bütün respublikalarında, eləcə də Moskva, Kiyev, Minsk, Tbilisi, Alma-Atı, Daşkənd, İran və respublikamızın bir çox şəhərlərində konsert proqramı ilə çıxış etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, 2013-cü il iyun ayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən konsertdə Kamal Əhmədovun bir çox fortepiano əsərləri ilə yanaşı, fortepiano və simfonik orkestr üçün yazılmış 1-ci konsertini, müsabiqələr laureatı Ülvi Əhmədovla birlikdə ifa etmişdir. 1993-2010-cu illərdə Ankara Bilkənt Universitetinin Dövlət Konservatoriyasında fortepiano müəllimi və konsertmeyster vəzifəsində çalışmışdır. Daha sonra isə Qars Dövlət Konservatoriyasında, hal-hazırda isə Balıkesir Universitetinin Dövlət Konservatoriyasında çalışır.

Sonra tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev Naxçıvan Musiqi Kolleci, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi, Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi, Ordubad Şəhər Uşaq Musiqi Məktəbi və Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagird, tələbə və müəllim kollektivlərinə ustad dərs keçib.

Maraqlı keçən ustad dərsdə tələbə, şagird və müəllimlərin sualları cavablandırılıb.



Naxçıvan Musiqi Kollecində ustad dərs keçirilib
Naxçıvan Musiqi Kollecində ustad dərs keçirilib
Naxçıvan Musiqi Kollecində ustad dərs keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930