12:12 - Məleykə Abbaszadə: “Gələcəkdə dövlət qulluğuna seçim zamanı səriştə modeli tətbiq olunacaq”
12:07 - MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib
12:00 - Baş Prokurorluq: Naxçıvanın sabiq prokuroru həbs olunmayıb
11:51 - Azərbaycanda 44 müəllim iş yerini dəyişib
11:38 - Biotexniki tədbirlər keçirilir-FOTO
11:22 - XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib
11:16 - DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”
11:09 - Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir - FOTO, VİDEO
10:58 - İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib
10:45 - DİM-də dövlət qulluğunun inkişafına dair müzakirələr keçirilib
10:37 - Məleykə Abbaszadə: "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir"
10:25 - Zakir Həsənov Türkiyədə "Qış təlimi - 2023" beynəlxalq təlimini izləyəcək
10:14 - BQXK-nın avtomobillərində erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıb
Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirilib-FOTO
Türkiyənin paytaxtı Ankarada Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Prezident yanında Simfoniya Orkestrinin təşkilati dəstəyi ilə Türkiyə - Azərbaycan dostluq konserti keçirilib.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, konsertdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan həmvətənlərimiz və Türkiyədən olan mədəni-ictimai xadimlər iştirak edib.
Konsertdə respublikanın xalq artistləri - Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov və "Qarabağ" muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndirib.
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların "Qız qalası" ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.
Sənətçilərimizin səsləndirdiyi "Azərbaycan", "Xudayar təsnifi", "Laçın", birlikdə səsləndirilən "Yaşa Azərbaycan" və digər mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, konsert proqramı Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.