SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Adı sənin, dadı mənim” komediyası festivalda göstərilib

“Adı sənin, dadı mənim” komediyası festivalda göstərilib
5-06-2019, 20:49

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq may ayının 22-dən start verilən xalq teatrlarının festivalı davam edir. İyunun 4-də xalq teatrlarının muxtar respublika festivalında Naxçıvan Şəhər Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının üç pərdə, beş şəkilli “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.

Qeyd edək ki, Naxçıvan Şəhər Xalq Teatrı 1970-ci ildə şəhərdəki 1 saylı mədəniyyət evi nəzdində fəaliyyət göstərən dram kollektivi əsasında yaradılmışdır. 1971-ci ildə kollektivə xalq teatrı statusu verilmişdir. Teatr bu illər ərzində C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, S.S.Axundov, S.Rüstəm, B.Vahabzadə, N.Hikmət və başqalarının dramaturgiyasına müraciət etmiş, uğurlu səhnə əsərləri yaratmışdır.

Naxçıvan Şəhər Xalq Teatrının hazırladığı bu tamaşada hadisələr keçən əsrin 60-cı illərində Azərbaycan şəhərlərindən birində cərəyan edir. 77 nömrəli qəlyanaltıxanada başlanan hadisələr komik və gülüş şəklində davam etməklə o dövrün eybəcərliklərini göstərir.

Tamaşanın əvvəlindən əsas aparıcı surət olan Qəlyanalının (Akif Əsədov) çirkin əməllərinin şahidi oluruq. Müxtəlif çirkin yollarla qazandığı pulları başqasının adına sənədləşdirən Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidirlər. Qəlyanalı bu pullarla aldığı bağı, evi, maşını və başqa əmlaklarını qohumlarının adına keçirməklə, həm də təzədən evlənmək eşqinə düşüb, təzə nigahını da təqaüdçü qohumu Həmzənin adına sənədləşdirmək istəyir. Tamaşanın finalında Qəlyanalı öz fırıldaqlarının qurbanı olur. Tamaşa Qəlyanalının ətrafında olan Yumşaqovun (Ədalət Hüseynov) bu sözləri ilə də bitir: “... Özün qurduğun tələdir, özün də düşmüsən. İndi eşələn orada özün üçün. Adı da sənin, dadı da sənin”. Tamaşa gülüş doğuran vəziyyət və dialoqlarla zəngin olması ilə maraqla qarşılanır.

“Adı sənin dadı mənim” tamaşasında Səbirə, Həmzə, Qəmzə, Quzubala, Totux və Nəzarətçi personaj tiplərini Zülfiyyə Zeynalova, Abbas İsmayılov, Nazlı Hüseynquliyeva, Sultan Səfərov, Qəmər Babayeva, Pirqulu Məmmədov təbii və canlı təqdim edirlər.

Tamaşanın quruluşçu rejissoru Akif Əsədov, rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haqverdiyev, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur.

Naxçıvanda ilk dəfə xalq teatrımızda tamaşaya qoyulan bu komediya maraqla qarşılanır.

Əli Rzayev



“Adı sənin, dadı mənim” komediyası festivalda göstərilib
“Adı sənin, dadı mənim” komediyası festivalda göstərilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930