SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Filarmoniyasında şagirdlərin konserti olub

Naxçıvan Dövlət Filarmoniyasında şagirdlərin konserti olub
3-06-2019, 20:50

İyunun 3-də Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibəti ilə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətləri Şöbəsinin kamança ixtisası üzrə təhsil alan şagirdlərinin Naxçıvan Dövlət Filarmoniyasında konserti olub.

Nəzərinizə çatdıraq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlərin, konsertlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsertdə ilk olaraq Müslüm Maqomayevin “Şah İsmayıl” operasından parça səslənmişdir. Qeyd edək ki, ansamblın bədii rəhbəri Hüseyn Tağıyevdir.

Konsert proqramının davamında şagirdlər tərəfindən tanınmış Azərbaycan bəstəkarlarından V.Adıgözəlovun “Qərənfil”, Z.Bağırovun “Romans”, S.Ələsgərovun “Tarantella”, H.Xanməmmədovun “Konsert II hissə”, N.Quliyevin “Ədalətsiz kaman”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, Q.Hüseynlinin “Çahargaha bənzər”, Niyazinin “Arzu” adlı musiqi əsərləri ifa edilmişdir. Proqramda dünya bəstəkarlarından Dinikunun “Mart yallısı”, Larincenin “Tibilisi haqqında mahnı”, R.Korsakovun “Hind qonağının rəqsi”, İ.Bramsın “Macar rəqsi” musiqi əsərlərinə də yer verilmişdir.

Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən Xəyal Həsənovun, Ceyran Hüseynzadənin, Hakimə Bağırovanın, Ağgül Sadiqovanın, Samuray Əliyevin, Candaş Məmmədsoyun, Sinan Əliyevin ifasında səslənən musiqilər tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Tədbirin sonunda məktəbin “Nağaraçalanlar” ansamblının ifasında “Qarabağ kompozisiyası” əsəri dinləyicilərə təqdim edilmişdir.

Konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031