SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri təşkil olunmuşdur

Naxçıvan Dövlət Kukla Teatrının növbəti qastrol səfəri təşkil olunmuşdur
22-09-2022, 23:03

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Sədərək Rayon Mədəniyyət Sarayında “Qoğalın sərgüzəşti” tamaşasını teatr sevərlərə təqdim etmişdir.

Quruluşçu rejissoru Nadir Hüseynov olan tamaşada hadisələr lovğa və təkəbbürlü Qoğalın başına gələn sərgüzəştlər üzərində qurulub. Teatrın istedadlı aktyorları Əfqanə Ələsgərova, Arzu Səfərov, Sənan Abutalıbov, İbad Nəbiyev və digərləri Qoğal, Dovşan, Tülkü, Şir, Canavar, Kirpi, İvan, Marusya, Ayı personajlarını ustalıqla canlandırmışlar. Tamaşa teatrsevərlərin alqışları ilə qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, qeyd edək ki, Kukla Teatrı öz repertuarında azyaşlı tamaşaçıların estetik zövqünün formalaşmasında mühüm rol oynayan, onların cəmiyyətə yararlı, vətənpərvər şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərə biləcək əsərlərə üstünlük verir. Repertuar seçimində yerli müəlliflərlə yanaşı, dünya klassiklərinin də əsərlərinə tez-tez müraciət edilir. Teatr hazırladığı tamaşaları təkcə əsas səhnədə deyil, qastrol səfərlərində də uğurla nümayiş etdirir.

Kollektivin növbəti qastrol tamaşası Şərur rayonuna planlaşdırılır.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930