SON DƏQİQƏ

naxcivanxeberleri.com

Estrada orkestri Babək Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edib-FOTO

Estrada orkestri Babək Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış edib-FOTO
12-09-2022, 19:49

NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, “Milli Musiqi Günü”nə həsr olunmuş növbəti konsert Babək rayonunda baş tutub
Sentyabrın 12-də Babək Rayon Mədəniyyət Sarayında “Milli Musiqi Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsert proqramı təqdim edilmişdir. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovdur.
Orkestr konsert proqramına Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva, Prezident mükafatçıları Nurlan Nuriyev, Samir İsmayılov, istedadlı müğənnilər Cəfər Tağıyev, Bəhruz Quliyev və Rüstəm İbrahimovun ifasında Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu və digər görkəmli bəstəkarlarımızın müəllifi olduğu mahnılar, eləcə də orkestrin ifa etdiyi musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.
Qeyd edək ki, Milli Musiqi Gününə həsr olunmuş növbəti tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblı Sədərək Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031