SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin konserti olub

Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin konserti olub
27-05-2019, 20:13

Mayın 27-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsertdə Naxçıvan şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Şagirdlər görkəmli Azərbaycan bəstəkarlarından Q.Hüseynlinin “Ay işığında”, T.Bakıxanovun “Görüş yerimiz”, S.Ələsgərovun “Daimi hərəkət”, T.Quliyevin “Sevgi valsı”, N.Məmmədovun “Naxçıvanım” və başqa musiqi əsərlərini səsləndiriblər. Şagirdlərin ifasında xarici ölkə bəstəkarlarından K.Martinin “Viva la Vida”, S.Goplinin “İntertayment”, V.A.Mosartın “Pantamimo”, R.Lovlandın “White stone”, K.Genkinsonun “Palladio” adlı əsərləri maraqla qarşılanıb.

Konsertdə məktəbin şagirdlərindən Səma Abdullazadənin, Gülçin Seyidovanın, Gülay Cəfərovanın, Fəridə Əlizadənin, Nihad Allahverdiyevin, Güldəstə Qasımzadənin, Saleh Səfərovun, Sima Məmmədovanın və başqalarının ifaları dinləyicilərdə xoş ovqat yaradıb.“Sazçalanlar” ansamblının ifa etdiyi “Gödək donu”, “Nağaraçalanlar” ansamblının ifa etdiyi “Popurri” və “Skripkaçalanlar” ansamblının ifasında səslənən musiqi əsərləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Konsert dinləyicilərdə xoş əhvali-ruhiyyə yaradıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031