SON DƏQİQƏ

naxcivanxeberleri.com

“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO

“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
16-08-2022, 18:30

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb.

Kinostudiyadan NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir.

Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur.

Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

 

Mənsurə Hümbətova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Eylül 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930