SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur Rayon Mədəniyyət Sarayında konserti olub

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur Rayon Mədəniyyət Sarayında konserti olub
25-05-2019, 19:03

Mayın 25-də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, vokal və rəqs qruplarının Şərur Rayon Mədəniyyət Sarayında konserti olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konsertdən əvvəl aparıcı bildirib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlərin, konsertlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bugünkü konsert proqramı da muxtar respublikanın 95 illik yubileyinə həsr olunmuşdur.İstedadlı uşaqların aşkara çıxarılması ilə yanaşı gənc nəslin asudə vaxtının səmərəli təşkili də bu gün diqqət mərkəzində olan sahələrdəndir. Bunun üçün muxtar respublikamızda bir sıra infrastruktur sahələri yaradılmış və onların istifadəsinə verilmişdir.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası da belə mədəniyyət müəssisələrindən biridir. Filarmoniyada uşaqların yaradıcılıq potensialının inkişafı və istedadlı uşaqların bacarıq və qabiliyyətlərini göstərməsi üçün hər cür şərait yaradılmışdır. Burada uşaqlardan ibarət xalq çalğı alətləri ansamblı, kamera ansamblı, muğam və xor kollektivləri, vokal və rəqs qrupları fəaliyyət göstərir.

Vurğulanmışdır ki, bugünkü konsertdə də Naxçıvan Dövlət Uşaq Filarmoniyasının istedadları öz bacarıqlarını göstərəcək və rayon sakinlərinə xoş ovqat bəxş edəcəkdir.

Konsertdə Xalq Çalğı Alətləri Ansamblının ifasında Üzeyir Hacıbəyovun “Arazbarı” və “Mahur rəngi” səslənmişdir. Qeyd edək ki, ansamblın bədii rəhbəri Kənan Feyzullayevdir.

Filarmoniyanın solistləri Təyyar Mədədli və Mətləb Şirinzadənin ifasında Ələkbər Tağıyevin “Azərbaycan oğluyam” mahnısı alqışlarla qarşılanmışdır.

Filarmoniyanın solistləri Fuad Məmiyev, Mikayıl Nəsirov, Həsən Babazadə, Ələkbər Sadiqov, Əli Mehralıyev, Təyyar Mədədli, Vəli Əliyev, Xəzər Əliyev, Cilovxan Qurbanlı, Özər Hacıyev, Babək Səmədzadə, Ülkər Hüseynlinin ifasında bəstəkarlardan Tofiq Quliyev, Ramiz Mirişli, Cahangir Cahangirov, Bəhram Nəsibov, Rauf Məmmədovun “Neftçilər”, “Doğma diyar”, “Aylı gecə”, “Qarabağ”, “Naxçıvanım” və başqa mahnılar səslənmişdir.
Kollektivin istedadlı solistləri Özər Hacıyev, Əli Mehralıyev, Mətləb Şirinzadə, Həsən Babazadə, Ələkbər Sadiqovun ifasında “Mənsuriyyə” ritmik muğamı konsert iştirakçılarında xoş ovqat yaratmışdır.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun ifasında “Tərəkəmə”, “Naz eləmə” və başqa rəqsləri konsertdə rəngarənglik yaratmışdır.

Daha sonra İsmət Əliyevin ifasında “Ovşarı” ritmik muğamı səsləndirilmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti solistlərin birgə ifa etdiyi “Qarabağ şikəstəsi” ilə başa çatmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930