SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilib
24-05-2019, 19:25

Mayın 24-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylərin fondlarının zənginləşdirilməsi sahəsində görüləcək işlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dəyirmi masanı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları müasir tələblər səviyyəsində qurulur. Qeyd olunubdur ki, ötən əsrin 70-80-ci illərində olduğu kimi muxtariyyətimizin müstəqillik illərində də muzeylərimiz dövlət qayğısı ilə əhatə olunubdur. Son 20 il ərzində Naxçıvan Muxtar Respublikasında muzeylərin şəbəkəsi daha da genişlənmiş, onların maddi -texniki bazası möhkəmləndirilmişdir. 1995-ci ildə muxtar respublikada 13 muzey və muzeytipli müəssisə fəaliyyət göstərirdisə hazırda onların sayı 30-a çatdırılmışdır. Muzeylərin şəbəkəsi genişlənməklə bərabər onların fondlarının zənginləşdirilməsinə də qayğı ilə yanaşılmışdır. Bu sahədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin muzeylərin zənginləşdirilməsi istiqamətindəki təşəbbüsləri əhəmiyyətli rol oynamışdır. Artıq muxtar respublika sakinlərinin təqdim etdikləri muzey əhəmiyyətli əşyaların muzeylərə təqdimat mərasimlərinin keçirilməsi ənənə halını almışdır. Sevindirici haldır ki, son dövrlərdə aksiya xarakteri almış bu tədbirlərdə ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də yaxından iştirak edirlər. Vurğulanıb ki, ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin ilk 4 ayı ərzində isə 571 ədəd eksponat daxil olmuşdur. 2019-cu ilin may ayınadək, ümumilikdə, 5 eksponat təqdimatı keçirilmişdir.Dəyirmi masada müzakirə olunan məsələ ilə əlaqədar Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Nəzakət Əsədova, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, Cəmşid Naxçıvanskinin Ev Muzeyinin direktoru Abasət Nuriyev çıxış etmişlər. Dəyirmi masa iştirakçıları müasir şəraitdə muzeylərin zənginləşdirilməsi üçün eksponat toplanması sahəsində muzeylərin işi, bu sahədə mövcud mənbələrdən istifadənin vəziyyəti və digər məsələləri müzakirə etmişlər.

Dəyirmi masada nazirliyin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları da iştirak etmişdir. Sonra muzey işçilərininin sualları dəyirmi masa iştirakçıları tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031