SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon Xanlıqlar kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib

Şərur rayon Xanlıqlar kənd tam orta məktəbində  maarifləndirmə tədbiri keçirilib
23-05-2019, 10:55

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şərur rayon Xanlıqlar kənd tam orta məktəbində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirin əsas məqsədi Şərur rayon Xanlıqlar kənd tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Xanlıqlar kənd tam orta məktəbinin direktoru Asif Əhmədli fövqəladə vaziyyətlərdə davranış qaydalarının mənimsənilməsinin vacibliyini vurğulamış və bu cür maarifləndirici tədbirin əhəmiyyətindən danışmışdır.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031