SON DƏQİQƏ

14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb

14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb

14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub

14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO

14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”

14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"

14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"

14:18 - Ayxan Hacızadə: "Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır"

14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”

14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb

14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib

14:05 - Azərbaycanın XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - FOTO, YENİLƏNİB

14:00 - Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib-FOTO

13:55 - Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

naxcivanxeberleri.com

Kamera Orkestrinin Culfa Rayon Mədəniyyət Sarayında konserti olub

Kamera Orkestrinin Culfa Rayon Mədəniyyət Sarayında konserti olub
21-05-2019, 11:25

Mayın 20-də Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Culfa Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə 2019-cu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə muxtar respublikanın 95 illiyinə həsr olunmuş Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planında Naxçıvan Muxtar Respublikasının 95 illiyinin geniş qeyd edilməsi üçün il ərzində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edirlər. Təşkil olunan konsert proqramı da bu yubileyə həsr olunub.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri muxtar respublikanın tanınmış kollektivlərindən biridir. Kollektivin çıxışları musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanır. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin repertuarında Avropa bəstəkarlarının əsərləri, klassik kamera musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının musiqi əsərləri də mühüm yer tutur. Orkestrin bədii rəhbər və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

Konsert proqramında orkestr əvvəlcə böyük bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə gecə” baletindən “Final”ı ifa edib.

Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev və müğənnilər İlkin Abdullayev, Ruhiyyə Hüseynova, Rahim Əsgərzadə Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onların ifasında Asəf Zeynallının “Ölkəm”, Tofiq Quliyevin “Neftçi mahnısı”, Bəhram Nəsibovun “Qal sənə qurban”, Səid Rüstəmovun “Getmə” adlı musiqi əsərləri səsləndirilib. Konsertdə Azərbaycan bəstəkarlarından başqa dünya bəstəkarlarından Volfanq Amadey Motsartın “Serenada”, Pyotr Çaykovskinin “Vals”, Ernesto Kurtisin “Sorrentoya qayıt” adlı əsərləri də ifa edilib. Proqramda səsləndirilən musiqi nömrələri alqışlarla qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyovun “Koroğlu” operası, Müslüm Maqomayevin “Aslan Şahın” ariyası, Niyazinin “Ləzginka” adlı əsəri və digər səslənən musiqilər də dinləyicilərdə xoş ovqat yaradıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031