17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Sağlamlıq imkanları məhdud uşaqlar arasında “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub-FOTO
Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin, o cümlədən bu kateqoriyadan olan uşaqların fərdi inkişafı, yaradıcılıq əzminin stimullaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində zəruri tədbirlərin icrası uğurla davam etdirilir.
Mərkəzin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata əsasən, bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində, aprel ayının əvvəllərindən başlayaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinə start verilib. Ötən ay muxtar respublikanın müxtəlif şəhər və rayonlarında ilkin və final mərhələsi təşkil olunan müsabiqənin mükafatlandırma mərhələsi Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub.
“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara cəlbi diqqətdə saxlanılır, nazirlik tərəfindən keçirilən inşa, şer, dram və digər müsabiqələrdə onların da iştirakı təmin olunur. Təhsil naziri sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin bu kateqoriyadan olan şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müsabiqə qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkilinə, onların cəmiyyətə fəal inteqrasiyasına xidmət edən sosial layihələrin və reabilitasiya xidmətlərinin həyata keçirilməsi cari il ərzində davam etdirilib. İl ərzində bu kateqoriyadan olan uşaqların iştirakı ilə 10-a yaxın yaradıcılıq tədbiri təşkil olunub, bu tədbirlərə ümumilikdə 100-dən artıq uşaq cəlb edilib. Eyni zamanda, Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 200-dən çox uşağa müvafiq xidmətlər göstərilib. Nazir əlavə edib ki, həmçinin il ərzində, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə, bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova isə öz çıxışında vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarındandır. Bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə, eləcə də mədəni tədbirlərdə iştirakı, uşaq musiqi məktəblərinə cəlbi üçün şəraitin yaradılması onların həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir. N.Qədimova əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Bədii Sənətkarlıq Məktəblərində hazırda 72 fiziki imkanı məhdud şagird təhsil alır.
Çıxış edənlər sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbirin final mərhələsində iştirak etmiş iştirakçıların təltifetmə mərasimi təşkil olunub. Müsabiqədə ilk yerləri tutanlara qiymətli hədiyyələr və diplomlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Tədbir müsabiqənin final mərhələsində fərqlənən iştirakçıların yaradıcılıq nümunələrinin nümayişi ilə davam etdirilib.
Qeyd edək ki, tədbirin davamında sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgiyə də baxış keçirilib, sonda isə xatirə şəkli çəkdirilib.