17:24 - Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
17:18 - Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
17:12 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO, YENİLƏNİB
17:01 - Sabah “Yay məktəbi” başa çatır
16:44 - Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentinə təşəkkür edib
16:22 - İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - FOTO, YENİLƏNİB
16:10 - Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir - FOTO, YENİLƏNİB
16:03 - Azərbaycan yanğınsöndürənləri Türkiyədən yola salınıb
15:43 - Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
15:13 - Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək
14:51 - İƏT-in sessiya iştirakçılarının Qarabağa səfəri başlayıb-FOTO
14:36 - Azərbaycan və Qətərin Baş prokurorları görüşüb-FOTO
14:26 - DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
14:16 - Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub-FOTO
Mədəni-kütləvi tədbirlərin təşkili diqqət mərkəzindədir
Bu ilin aprel ayında da Babək rayonunda mədəni-kütləvi tədbirlər davam etdirilib, əlamətdar, tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb.
Ötən ay Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və nazirliyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Milli dəyərlərimiz folklorumuzda” səhnəciklərin nümayişi müsabiqəsi keçirilib. Müsabiqədə Babək Rayon Mədəniyyət Sarayının folklor qrupları uğurla çıxış ediblər. Təmsilçilərimizdən “Buta” folklor qrupu I yerin sahibi olub. Bununla yanaşı, rayon Tarix-Diyarşünaslıq Muzeyində “18 aprel – Beynəlxalq Tarixi Yerlər və Abidələr Günü” münasibətilə tədbir keçirilib.
Hesabat dövrü ərzində Babək şəhərində təşkil olunan “Kətə” festivalında Babək Rayon Mədəniyyət Şöbəsinin “Qələbə” instrumental ansamblının ifasında maraqlı musiqi nömrələri, eləcə də “Yallı” rəqs qrupunun ifasında yallı nümunələri təqdim edilib.
Aprel ayında kitabxana işi üzrə keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 13 yubiley sərgisi təşkil olunub, əlamətdar və tarixi günlərlə əlaqədar 17 tədbir keçirilib. Bu dövr ərzində metodiki məktublar hazırlanıb və kitabxana filiallarına göndərilib. Ötən ay “Oxunması zəruri olan kitabların siyahısı”nda yer alan daha iki kitabın müzakirəsi təşkil olunub. Qeyd edək ki, kitabxana filiallarında da kitab müzakirələri təşkil edilib.
Babək Rayon Mədəniyyət Şöbəsi tərəfindən muzey işinin günün tələbləri səviyyəsində qurulması, mədəniyyət müəssisələrinin ekspozisiyasının zənginləşdirilməsi diqqətdə saxlanılır. Ötən ay tərtib olun muş qrafikə əsasən rayon ərazisindəki muzeylərdə müxtəlif tədbirlər keçirilib, ziyarətçilər qəbul olunub. Hesabat ayı muzeyi 197 qonaq ziyarət edib.
Bundan başqa, böyük ədib Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki Xatirə Muzeyində aprel ayı ərzində muzey eksponatlarının təkrar uçotunun aparılması və elektron məlumat bazasının yaradılması işi davam etdirilib, ay ərzində muzeydə 130 ziyarətçi olub.
Babək Rayon
Mədəniyyət Şöbəsi