SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda mədəniyyət müəssisələrində qarşıya qoyulan vəzifələr yerinə yetirilir

Naxçıvanda mədəniyyət müəssisələrində qarşıya qoyulan vəzifələr yerinə yetirilir
20-12-2018, 13:00

Nazirlik tərəfindən noyabr ayında milli dəyərlərimizin qorunub yaşadılması və təbliği sahəsində bir sıra işlər görülüb, muzeylərin fəaliyyəti diqqətdə saxlanılıb, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,muzeylərdə açıq və interaktiv dərslər, seminar-treninqlər davam etdirilib, sərgilər açılıb, muzey fondlarına 146 yeni eksponat daxil olub. Ötən ay muxtar respublika muzeylərini 55 min 884 tamaşaçı ziyarət etmişdir ki, onlardan da 14 min 608-i xarici ölkə vətəndaşı olub. Noyabr ayında kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılıb, kitab müzakirələri aparılıb. Muxtar respublika kitabxanalarında yeni oxucu sayı 327, oxucu gəlişi 13 min 80 nəfər, kitab verilişi 39 min 867 nüsxə olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino” və “Qayınana əməliyyatı”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Nadan xoruz” tamaşalarını nümayiş etdiriblər. Babək Rayon Xalq Teatrı muxtar respublikanın şəhər və rayonlarında “Subaylarınızdan görəsiniz”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı isə “Yarımgünlük rəis müavini” tamaşalarını göstəriblər.
Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz”, Ordubad şəhərində “Dərvişin qeydləri”, məktəblilər üçün “Xoşbəxt ay-ulduz” bədii və sənədli filmlərini nümayiş etdiriblər.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 461
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031