23:30 - Vətənə, yurda sevgi aşılayan, turizmə maraq yaradan məkan...
22:30 - BMT Baş katibi və Ərdoğan Ukraynaya gedir
21:30 - Finlandiyada ikili vətəndaşlığın ləğvi təklif olunub
20:56 - Avropada qazın qiyməti martdan bəri ilk dəfə 2600 dolları ötüb
20:15 - İranda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
19:58 - Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib
19:18 - Azərbaycan cüdoçuları İslamiadanı 5 medalla başa vurublar
18:30 - “ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıb-FOTO
18:00 - Türkiyə və Ukrayna müdafiə nazirləri arasında telefon danışığı olub
17:30 - Ukrayna DİN: "Müharibənin sonu hələ çox uzaqdadır"
17:07 - "Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib-FOTO
16:59 - Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
16:31 - MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb-FOTO
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə) Səbinə Ərəbli (xanandə)
Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)
Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)
Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı
"Cəngi" Estrada Folklor Rəqs Ansamblı
Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu
Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)
"Colors of Pakistan" qrupu (Pakistan)
Azərbaycan Dövlət Rəqs Ansamblı
"Yuma" dueti (Tunis)
"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)
Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)
"Baxor" Rəqs Ansamblı (Özbəkistan)
Əməkdar artist Aybəniz Haşımova (mügənni) və "Bülbüllər" qrupu.
Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.