SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib

Dünya Çempionatının ulduz səfiri Miri Yusif seçilib
16-05-2019, 20:37

Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.

Azərbaycan Gimnastika Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031