SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib
16-05-2019, 16:10

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisastəhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib.

Televiziya , mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, bu sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacaq. Vurğulanıb ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsasalarla fəaliyyət göstərən mərkəzlərlərin yaradılmasına başlanılıb və tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və təqdimatların keçirilməsi öhdəliyi bu mərkəzlər tərəfindən idarə olunur.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və su təsərrüfatı komitəsinin sədri Əsgər Əsgərov tələbələrin hamiliyə götürülməsi və startap layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatları üçün önəmli bir körpü yaradır.
Komitənin şöbə müdiri, universitetin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Səttar Nəsirov çıxış edərək bu sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədi ilə tədbirlər keçirildiyini vurğulayıb. Qeyd olunub ki, sözügedən layihələrdə gənclərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.


Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib
Naxçıvan Dövlət Universitetində “İdeyadan başlanğıca” devizi altında növbəti tədbir keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031