SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
16-05-2019, 15:36

AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev, institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Nigar Babayevanın həmmüəllifi olduqları “Molibden” adlı kitabın və Bayram Rzayevin “Dmitri İvanoviç Mendeleyev” monoqrafiyasının təqdimatı keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev hər iki kitabın elmi əhəmiyyətini vurğulayıb, müasir dövr üçün aktuallığından danışıb. Bildirib ki, kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan “Dmitri İvanoviç Mendeleyev” adlı monoqrafiyada dahi kimyaçı, dövri qanununun yaradıcısı Dmitri Mendeleyevin çoxistiqamətli yaradıcılığından bəhs olunur. “Molibden” adlı vəsait isə molibden və onun birləşmələri sahəsində çalışan elmi işçilər, kimyaçı texnoloqlar, magistirlər və ali məktəb tələbələri üçün faydalı elmi əsər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan tədqiqatların nəticələrini özündə əks etdirib.
Diqqətə çatdırılıb ki, kitabda molibdenin minerallarının və onlardan flotasiya üsulu ilə konsentratların alınması, konsentratlardan molibden birləşmələrinin və metal molibdenin alınma texnologiyası, miqdari təyini metodları ilə bağlı məlumatlar verilib. Həmçinin nəşrdə Naxçıvanda molibdenin filiz və təzahürlərinə aid geniş tədqiqatlar var.
Daha sonra kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Dmitri İvanoviç Mendeleyevin həyat və yaradıcılığı”, Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Dmitri İvanoviç Mendeleyevin yaradıcılığından epizodlar”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Molibden” kitabı haqqında bir neçə söz” və kimya üzrə fəlsəfə doktoru Mahnur Cəfərli “Molibden” kitabının elmi əhəmiyyətinə dair” mövzusunda məruzələrlə çıxış ediblər.


Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib
Naxçıvan Bölməsində yeni nəşrlərin təqdimatı keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031