SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon Siyaqut kənd İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib

Şərur rayon Siyaqut kənd İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib
16-05-2019, 15:10

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şərur rayon Zeyvə kənd İcra Nümayəndəliyində kənd sakinlərinin iştirakı ilə “İnzibati binalarda yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yaşayış sahələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə tədbiri giriş sözü ilə Şərur rayon Siyaqut kənd icra nümayəndəsi Nurəddin Orucov açaraq keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov çıxış edərək iştirakçılara inzibati binalarda yanğın təhlükəsizliyinin təşkilinin diqqət mərkəzində saxlanılması, yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri haqqında ətraflı məlumat verərək onun qarşısının alınması üçün vacib tövsiyələr verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabiti daxili xidmət kapitanı Turan Şahhüseynov yaşayış evlərində məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarət Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev rayon ərazisində təbii qaz və elektrik enerjisindən təhlükəsiz istifadə ilə bağlı əhaliyə ətraflı məlumat verib.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx təqdim olunmuşdur. Tədbirə Şərur rayon Siyaqut kənd icra nümayəndəsi Nurəddin Orucov yekun vuraraq rayonun yaşayış məntəqələrində baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, sakinlərin bu istiqamətdə maarifləndirilməsi üçün kənd icra nümayəndələrinə və digər vəzifəli şəxslərə tapşırıq və tövsiyələrini verib.


Şərur rayon Siyaqut kənd İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib
Şərur rayon Siyaqut kənd İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031