SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilib

Kəngərli rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilib
15-05-2019, 15:01

14 may 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayon Mərkəzi Xəstəxanasında “səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarınaəməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirin əsas məqsədi səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə riayət olunmsı, yanğın hadisəsi zamanı davranış qaydaları, xidməti heyətə insanların və əmlakın təxliyə olunması, təhlükəsizliyinin təmin edilməsi istiqamətində əsas tədbirlərin yerinə yetirilməsi qaydalarını öyrətmək, səhiyyə müəssisəslərinə məxsus inzibati binaların, qazanxanaları və qızdırıcı cihazlar olan yerlərdə yanğın təhlükəsizliyi tələblərinə əməl olunması, yaşayış evlərində qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması haqqında tədbir iştirakçılarına məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Kəngərli rayon Mərkəzi Xəstəxanasın baş həkimi Pünhan Hüseynli bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov “Səhiyyə müəsissələrində yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, yanğın təhlükəsizliyi sahəsində işçilərin hüquq və vəzifələri, əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi” haqqında ətraflı məlumat verib.
Sonra məruzə ətrafında çıxış olmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin, yanğın nəzarəti və xüsusi yanğın mühafizəsi üzrə baş zabit daxili xidmət kapitanı Turan Şahhüseynov “Yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır” mövzusunda iştirakçılara dəyərli məlumatlar vermib.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilmiş və iştirakçıların verdiyi suallar cavablandırılmışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031