SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon Oğlanqala kəndində maarifləndirici tədbir keçirilib

Şərur rayon Oğlanqala kəndində  maarifləndirici tədbir keçirilib
15-05-2019, 10:09

14 may 2019-cu il tarixdə Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə Şərur rayon Oğlanqala kənd tam orta məktəbində müəllim-texniki işçi heyətinin iştirakı ilə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin keçirilmə məqsədi ümumtəhsil məktəblərində yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın təhlükəsizliyinin təmin edilməsi, dəm qazı, dəm qazından zəhərlənmələr zamanı ilk tibbi yardımın öyrədilməsi olmuşdur.
Tədbiri giriş sözü ilə açan Oğlanqala kənd tam orta məktəbinin direktoru Rəbbin Vəliyev bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrmişdir.
Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarət Bölməsinin rəisi daxili xidmət kapitanı Şıxəli Əliyev ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydaları, qaz təsərrüfatı, dəm qazı, ondan qorunma yolları və dəm qazını aşkar edən cihaz haqqında dinləyicilərə məlumat vermişdir.
Sonra məruzə ətrafında çıxış olmuşdur. Şərur rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Polis Sahə İnspektoru polis leytenantı Xanbaba Qasımzadə keçirilən reydlər və əhəmiyyəti, əhali arasında maarifləndirici söhbətlərin aparılması haqqında müəllim-texniki işçi heyətinə məlumat vermişdir.
Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən istifаdə еdilib, müəllim-texniki işçi heyətini maraqlandıran suаllаr cаvаblаndırılıb.


Şərur rayon Oğlanqala kəndində  maarifləndirici tədbir keçirilib
Şərur rayon Oğlanqala kəndində  maarifləndirici tədbir keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031