SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayonunda “Gələcəyini planlaşdır” təlimi yekunlaşmışdır

Culfa rayonunda “Gələcəyini planlaşdır” təlimi yekunlaşmışdır
14-05-2019, 15:42

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərin dördüncü təlimi yekunlaşmışdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Culfa rayonunda keçirilən iki günlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəediləməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verilmişdir. Qarşılıqlı diskussiyya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılmışdir.
Bu gün isə təlim iştirakçılarına sertfikat verilməsi mərasimi keçirilmiş, Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik etmiş, 27 təlim iştirakçısına sertfikat və hədiyyələr təqdim olunmuşdur. Təlim iştirakçıları təlimin keçirilməsinə və qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq etmişlər.
Qeyd edək ki, növbəti təlim Ordubad rayonundan olan qadınlar üçün nəzərdə tutulmuşdur.


Culfa rayonunda “Gələcəyini planlaşdır” təlimi yekunlaşmışdır
Culfa rayonunda “Gələcəyini planlaşdır” təlimi yekunlaşmışdır

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031