SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəblilər üçün muzeylərə giriş ödənişsiz oldu

Məktəblilər üçün muzeylərə giriş ödənişsiz oldu
14-05-2019, 13:47

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi”nə start verilib.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir.

Proqram üzrə “Məktəblilər üçün muzey həftəsi”nin təşkilində məqsəd 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə əvvəlcədən məlumat verilməlidir.

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, “Qala” Dövlət Arxeoloji - Etnoqrafiya Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix - Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix - Bədii Qoruğu, Milli Təhsil muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi-Bohm Planetarim və Tahir Salahov, Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Bülbül, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Qara Qarayev və Niyazinin ev muzeylərinə ödənişsiz ekskursiya etmək mümkündür.

Qeyd edək ki, proqramın əhatə etdiyi Bakı məktəbləri seçilərkən onların muzeylərə yaxın məsafadə yerləşməsi nəzərə alınıb.

“Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031