SON DƏQİQƏ

naxcivanxeberleri.com

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub
13-05-2019, 15:10

AMEA Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.
Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən akademik bildirib ki, alim ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb. Bundan əlavə, alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işləri işıq üzü görüb.
İsmayıl Hacıyev görkəmli akademikin 700-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, dərsliklərin müəllifi olduğunu diqqətə çatdırıb.
Konfransda, həmçinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Akademik Məmməd Cəfərin elmi irsində dil məsələləri”, institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Azərbaycan elmində Məmməd Cəfər məktəbi”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Cəfər və ədəbi əlaqələr” və Folklorşünaslıq şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın “Məmməd Cəfər yaradıcılığında Hüseyn Cavidin ədəbi irsi” mövzusunda məruzələri dinlənilib.
Tədbir çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.


Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub
Akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031