SON DƏQİQƏ

naxcivanxeberleri.com

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib

Omar Momani Kloppun Bakı barədə fikirlərinə karikatura ilə cavab verib
13-05-2019, 14:46

Məşhur karikaturaçı Omar Momani Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar yeni rəsm çəkib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Momani həlledici matçın iştirakçıları İngiltərənin "Çelsi" və Arsenal" komandasının üzvlərini səhər yeməyində təsvir edib.

Fotoda "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri, komandanın futbolçuları Eden Azar, N Qolo Kante, "Arsenal"dan isə Pyer-Emerik Obameyanq, Mesut Özil və Aleksandr Lyakazett yer alıb. Momani bunlarla yanaşı, "Liverpul"un baş məşqçisi Yurgen Kloppu da karikaturaya əlavə edib. O, "Cənab, Klopp, bizə qoşul! Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hər kəsi xoşbəxt edir! Bunu mütləq dadın!" yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsini "Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə tənqid edib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031