SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir müavini: "Qazaxıstan Azərbaycanda film çəkmək istəyir"

Nazir müavini: "Qazaxıstan Azərbaycanda film çəkmək istəyir"
7-05-2019, 10:55

"Biz Azərbaycanda bədii və sənədli filmlərin çəkilişini həyata keçirmək istəyirik, sadəcə olaraq daha çox hansı mövzulu ekran əsərlərrinə tələbatın olduğunu bilmək istəyirik".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirinin müavini Murad Azərxanov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Qazaxıstanın İnformasiya və ictimai inkişaf nazirliyi şuraya üzv dövlətlərlə birlikdə qarşılıqlı əlaqələrin qurulmasını dəstəkləyir: "Düşünürük ki, bu istiqamətdə Azərbaycan televiziyaları da bizə yardımçı olacaq. Bizim dünyanın 118 ölkəsində 5 dildə yayımlanan televiziyamız var. Biz milli Qazax televiziyasının türk ölkələrində yayımlanmasını istəyirik".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31