SON DƏQİQƏ

naxcivanxeberleri.com

Teatr 139-cu yaradıcılıq mövsümünə başlayıb

Teatr 139-cu yaradıcılıq mövsümünə başlayıb
24-09-2021, 21:52

Sentyabrın 24-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 139-cu yaradıcılıq mövsümünün açılış tədbiri olub.


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxışında vurğulayıb ki, Azərbaycanda ilk peşəkar teatrın yaranmasından 10 il sonra – 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 139-cu mövsümünə başlayan Naxçıvan teatrı xalqımızın mənəvi təkamülündə, estetik şüurunun formalaşmasında, tarixi mübarizələrin bədii təcəssümündə əhəmiyyətli rol oynamışdır.
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyəti üçün yaradılan şəraitdən də bəhs edən nazir bildirib ki, muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, 139-cu teatr mövsümünün açılışı münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi rus yazıçısı Nikolay Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış səhnə əsərini teatrsevərlərə təqdim edib. Tamaşanın rejissoru xalq artisti Kamran Quliyev, əsas rolları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Əbülfəz İmanov, Behruz Haxverdiyev və başqaları canlandırıblar.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031