SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Dram müsabiqəsi” keçirilib

Naxçıvanda “Dram müsabiqəsi” keçirilib
25-04-2019, 09:55

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı ümumtəhsil müəssisələrində elan olunan “Mütaliə aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də “Pedaqoji fikir tarixindən” və Azərbaycan yazıçılarının dram əsərlərindən seçmələrin şagirdlər tərəfindən səhnələşdirilməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a “Dram müsabiqəsi”nin təşkili olub.
Müsabiqənin şəhər və rayon mərhələsi keçirilib, hər bir məktəb 1 dram əsəri ilə iştirak edib. 149 məktəb üzrə 946 şagirdin iştirak etdiyi şəhər və rayon mərhələsində hər rayon (şəhər) üzrə I yerin qalibi olmuş məktəbin və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar. Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dram müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə mütaliəyə maraq oyadılmasında, nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqilşəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Müsabiqədə şagirdlər tərəfindən hazırlanmış səhnəciklər təqdim edilib. Səhnəciklər münsiflər tərəfindən qiymətləndirilib. I yerin qalibi Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin, II yerin qalibi Şərur rayon Mahmudkənd tam orta məktəbinin, III yerin qalibi isə Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031