SON DƏQİQƏ

naxcivanxeberleri.com

NAXÇIVANIN QƏDİM DÖVR TARİXİNƏ DAİR DƏYƏRLİ TAPINTI

NAXÇIVANIN QƏDİM DÖVR TARİXİNƏ DAİR DƏYƏRLİ TAPINTI
12-06-2021, 21:22

Dünynın ən qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı zəngin tarixə, qədim mədəniyyətə malikdir. Qədim daş dövründən (paleolit dövrü) etibarən insanlar bu ərazidə məskunlaşaraq zəngin mədəniiyət yaratmışlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 23 avqust 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti və Elmi-Tədqiqat institutları üçün bina istifadəyə verilərkən demişdir: “Naxçıvanda yerin altı da, üstü də təbii sərvətdir. Naxçıvanda çox qədim tarixə malik olan mədəniyyət nümunələri aşkar edilib. Ona görə də bunların hamısının tədqiqata, araşdırmaya ehtiyacı vardır”. Ali Məclisin Sədri tərəfindən 2005-ci il dеkabrın 6-da imzalanmış “Naхçıvan Muхtar Rеspublikasının ərazisindəki tariх və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” Sərəncamın icrası istiqamətində tədqiqatçıların qarşısında çox mühüm vəzifələr qoyulub, onların elmi fəaliyyətinin konkret istiqamətləri müəyyən edilibdir. Hər il olduğu kimi, cari ildə də tərəfimizdən bu istiqamətdə tədqiqatlar aparılır. Aparılan tədqiqat zamanı muxtar respublikamızın ərazisində olan  arxeoloji abidələr, onlardan aşkar olunmuş hər bir  maddi-mədəniyyət nümunəsi dərindən öyrənilir. Tərəfimizdən bu istiqamətdə araşdırma apararkən diqqət çəkən maraqlı arxeoloji materiallardan biri Şərur Rayon Tarix Diyarşunaslıq Muzeyində saxlanılan e.ə. I minilliyə aid 15 sm hündürlükdə olan bir ədəd gil insan fiquru olub. Şəhriyar kəndinin ərazisindən tapılmış bu fiqurda insan hörüklü, qulağında sırğa, burnu qabarıq şəkildə, gözləri və üzü üzunsov formada verilmişdir. Onu Azərbaycan heykəltaraşlığının ən unikal nümunələrindən biri hesab etmək olar.  Bu arxeoloji materialın təyinatı ilə bağlı araşdırma apararkən ilk öncə belə artefaktların  yayılma arealına diqqət yetirmək zəruridir. Bu istiqamətdə tərəfimizdən aparılan araşdırma zamanı məlum olur ki, Priney yarımadasından Sibirə qədər olan ərazidə daşdan, sümükdən və gildən düzəldilmiş belə heykəl nümunələri yayılmışdır. Daşdan düzəldilmiş insan heykəlləri forma və xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyi üçün onlara “venera”, “balbal”, “daşbaba”, “daşnənə”, “bəngüdaş”, “bədiz”, “töz” və s. adlar verilmişdir. Dünyada tapılmış ən qədim insan heykəli qadına məxsus  olmuşdur. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan heykəli tapıldığı yerin adı ilə “Villendorf venerası” adlandırılmışdır. Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan heykəli Qobustanda Mezolit dövrünə aid Kənzə yaşayış  məskənində aşkar edilmişdir. Paleolit və Mezolit dörü ilə yanaşı digər dövrlərdə də belə artefaktlar yayılmışdır. Hələf, Anau, Samara, Cormo, Xatun mədəniyyətinin abidələrində, Qazax rayonundakı Şomutəpə, Qarğalartəpəsi,  Qarabağdakı İlanlı təpə, Cənubi Azərbaycandakı Təpə-Sərab, Mərlik (Cənubi Azərbaycan), Şərqi Anadoludakı Çatalhöyük, Dündartəpə, Hacılar abidələrində və digərlərində belə arxeoloji materiallar aşkar olunmuşdur. Naxçıvan diyarının Tunc dövrü abidələri içərisində belə arxeoloji material ilk dəfə Qızılburun abidəsində qeydə alınmışdır. Onlardın biri daşdan, digəri isə gildən düzəldilmişdir. Bu arxeoloi materiallardan başqa son dövrlərə qədər Naxçıvanın digər arxeoloji abidələrində insan fiquru aşkar olunmmşdır. Şəhriyar kəndindən aşkar olunmuş insan fiqurunun bu baxımdan Naxçıvan diyarının qədim dövr tarixini öyrənmək sahəsində özünəməxsus yer tutduğunu və mühüm elmi əhəmiyyət daşıdığını qeyd etmək olar. Bu artefaktı Qızılburun abidəsindən aşkar olunmuş Orta Tunc dövrünə aid insan fiquru ilə birləşdirən əlamətlər ondan ibarətdir ki, onların hər ikisi gildən düzəldilmişdir, ölçüləri bir-birinə yaxındır. Qızılburun insan fiqurunun hündürlüyü 20 sm, Şəhriyar insan fiqurunun 15 santımerirdir. Hər ikisinin sifət qurluşu bir-biri ilə oxşardır. Onları bir-birindən fərqləndirən əlamətlər ondan ibarətdir ki, Qızılburun abidəsindən aşkar fiqurda insan geyimli, papaqlı formada verilmişdir. Şəhriyar kəndindən aşkar olunmuş insan fiqurun isə hörüklü formadadır.  Qızılburun abidəsindən aşkar olunmuş insan fiquru ilə Şəhriyar kəndindən aşkar olunmuş insan fiquru  arasında tam oxşarlığn olmamasının başlıca səbəbi ondan ibarət olmuşdur ki, onlar eyni sənətkar emalatxansının, eyni dövrün məhsulu olmamışdır. Bu artefaktın təyinatı ilə bağlı araşdırma apararkən məsələyə ümumdünya kontesində yanaşdıqda məlum olur ki,  ən qədim insan heykəlləri qadınaməxsus olubdur. Ana xaqanlığı dövründə belə artefakrlar da çox yayılıbdır. Ana xaqanlığı dövründə belə heykəllərin daha çox yayılmasının başlıca səbəbi ondan ibarət olubdur ki, Ana xaqanlığı dövründə qadın nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, əminamanlıq, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edilmişdir. Qadın heykəlləri “Ana-İlahə”ni simvolizə ermişdir.  Butun qadın fiqurlarında  onların əllərı, ayaqları, sifətı şərti-sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilmişdir. Tunc dövründə ana xaqanlığının (matriarxat) ata xaqanlığı (patriarxat) ilə əvəz olunması bütün sahələrdə olduğu kimi insanların dini-ideoloji görüşlərində, mifik düşüncə tərzində də özünü göstərmişdir. Ata xaqanlığı (patriarxat) dövründə kişi təsərrüfatda, tayfanın idarə olunmasında əsas yer tutmuşdur. Kişi fiqurları “Ata-İlahə”ni (Kişi-İlahə) simvolizə etmişdir. Əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti  bildirçişdirr. Qadının “Ana-İlahə” (Qadın-İlahə), kişinin  “Ata-İlahə” (Kişi-İlahə) kimi qəbul edilməsi  “Əcdadlar kultu”nun tərkib hissəsi olmuşdur. Əcdadlar kultunun varlığı dünyanın müxtəlif yerlərində, müxtəlif şəkildə özünü göstərmişdir. Bununla bağlı  R.Əlizadə, N.N.Yefimenko, S.A.Tokarev, A.Şükürov, K.Hüseynoğlu və digərləri müxtəlif fikirlər söyləmişlər.  S.A.Tokarev əcdadlar kultunu dinin xüsusi forması hesab etmiş, onun  türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu qeyd etmişdir. Hesab etmişdir ki, ocağın ətrafında tapılmış qadın heykələri qadının odun, ocağın qoryucusu olmasını simvolizə etmişdir. N.N.Yefimenko da  S.A.Tokarev kimi qadın heykəllərinin ocağın ətrafına təsadüfən  qoyulmadığını bildirmişdir. Hesab etmişdir ki, onlar qadının qəbilə başçısı, qəbilə ayinlərinin icraçısı olmasını simvolizə etmişdir. R.Əlizadə bir neçə dastanı (“Oğuz Xaqan”, “Yaradılış” və s.) nümunə göstərərək Türklərin dini-ideoloji görüşlərində islamiyyətdən əvvəl də, sonra da “Əcdadlar kultu”nun özünəməxsus yer tutduğunu qeyd etmişdir. A.Şükürovaya  və S.Rzasoya görə Türk mifoloji düşüncəsində ozünəməxsus yer tutan Oğuz xaqan obrazı bilavasitə “Əcdadlar kultu” ilə bağlı olmuşdur. L.N. Qumilyov Altay türklərində “Əcdadlar kultu” nun əsasən əyanlar, əhalinin varlı təbəqəsi arasında geniş yayıldığını qeyd etmişdir.

Dünyanın müxtəlif yerlərində aşkar olunmuş belə artefaktlardan müəyyən dini ayinlərdə istifadə edildiyini,  “Ana-İlahə”nin (Qadın-İlahə), “Ata-İlahə” nin (Kişi-İlahə) “Əcdadlar kultu”nun tərkib hissəsi olduğunu  nəzərə alsaq sonda belə bir nəticəyə gəlmək olar ki, digər insan fiqurları kimii Şəhriyar kəndindən aşkar olunmuş  gil insan fiquru da “Əcdadlar kultu” ilə bağlılıq təşkil edərək Naxçıvanın qədim sivilizasiya mərkəzlərindən biri olduğunu sübut edir.

 

 

Toğrul Xəlilov

AMEA Naxçıvan Bölməsinin  “Antik və Orta əsrlər arxeologiyası”  

şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031