SON DƏQİQƏ

naxcivanxeberleri.com

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”

Amina Əl-Həcri: “Naxçıvan İslam Dünyasına yeni irs və mədəniyyət bəxş etdi”
15-12-2018, 16:50

Bu gün Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı -2018”in bağlanış tədbiri olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə iştirak edən İSESKO-nun baş katibinin müavini xanım Amina Əl-Həcri Naxçıvanın bu adı layiqincə daşıdığını və İslam dünyasında özünəməxsus yeri, qədim tarixi olduğunu vurğulayıb. Jurnalistlərə açıqlamasında xanım Amina Əl-Həcri deyib ki, İSESKO-nun hansısa şəhərin İslam Mədəniyyətinin paytaxtı seçilməsi proqramı islam dünyası üçün çox vacib bir layihədir. Bu qədim tarixi olan islam şəhərləri üçün mühüm hadisə sayılır. Layihənin məqsədi qədim səhərlərin tarixini, islam mədəniyyətini üzə çıxarmaq və onu gənc nəslə təbliğ etməkdir. Biz gördük ki Naxçıvan İslam dünyasında zəngin islam mədəniyyətinə sahib olan səhərlərdən biridir. Onu daha yaxşı tanıdıq. Bu layihə həm də Şərqlə Qərb, Avropa ilə Asiya arasındakı insanları bir araya gətirir. Bu həm də iki qitə arasında paylaşım körpüsüdür. Beləliklə, biz bu tədbirə yekun vurduq. Bu dəfə İslam Mədəniyyətinin Paytaxtı seçilən zaman İslam dünyasına, mədəniyyətinə gətirdiyi hər bir yenilik, yeni ənənə üçün Naxçıvana, onun rəhbərliyinə çox sağ ol deyirik. Bu həm də bu şəhərin qədim tarixinin İslam dünyasına, mədəniyyətinə, irsinə verdiyi ən gözəl töhfədir. Bir daha hər kəsə qonaqpərvərlik üçün minnətdarıq – İSESKO-nun baş katibinin müavini belə deyib.(nuhcixan)

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930