SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaların onlayn nümayişinə start verilib

Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaların onlayn nümayişinə start verilib
23-01-2021, 09:45

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2021-ci ilin ilk canlı yayımı olaraq teatrsevərlərə təqdim edilib.

Naxçıvan Muxtar RespublikasıMədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc mütəxəssis Həcərxanım Məmməmədova, rejissoru və musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Səyyad Məmmədov, Səkinə Məmmədova, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Zəminə Məmmədova, Vəfa Qurbanova, Nurlan Sultanlı, Anar Eyvazov və Dünyamalı Orucov ifa edirlər.

Xatırladaq ki, ötən ilin may ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Aydın” tamaşasından bir hissəni onlayn formada teatrsevərlərə təqdim etmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728