SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ehsan xan Kəngərli” tamaşası Ordubad rayonunda göstərilib

“Ehsan xan Kəngərli” tamaşası Ordubad rayonunda göstərilib
28-03-2019, 18:50

Martın 28-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırladığı tamaşanı Ordubad Rayon Mədəniyyət Sarayında rayon sakinlərinə göstərmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər olduqca maraq doğurur. Naxçıvanın gələcək taleyi ilə bağlı Kəngərli xanları arasında yaranan fikir ayrılığı və Ehsan xanın təşəbbüsü ələ alaraq xalqın taleyini hər şeydən üstün tutması əsərdə konfliktin gərginliyini daha da artırır.

Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir.

“Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.

Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru, xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haqverdiyev (Şıxəli bəy), Əli Əliyev (Paskeviç), Əbülfəz İmanov (Safraz Saakov), aktyorlar Zəminə Məmmədova (Çimnaz xanım), Ələsgər Quliyev (Nəzərəli xan), Səyyad Məmmədov (Qriboyedov), Zakir Fətəliyev (Məmmədrza xan), Anar Eyvazov (rus zabiti), Nazlı Hüseynquliyeva (yaşlı qadın), Mehri Nəbiyeva (Nina Çavçavadze) maraqlı obraz və personajlar yaratmışlar.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930