SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mədəniyyət Nazirliyi ssenari müsabiqənin şərtlərində dəyişiklik edib

Mədəniyyət Nazirliyi ssenari müsabiqənin şərtlərində dəyişiklik edib
18-03-2019, 20:02

Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək üçün müsabiqə elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Məlumata görə, elan olunmuş bədii film ssenariləri müsabiqəsinin formatını və miqyasını genişləndirmək, daha çox kinematoqrafçının iştirakı təmin etmək məqsədilə müsabiqədə iştirakla bağlı şərtlərə bəzi əlavələr edilib.

Bildirilib ki, müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər. İştirakla bağlı yaş məhdudiyyəti yoxdur.

Müsabiqədə iştirak üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Müsabiqədə iştirak üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər may ayının 1-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadəyə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir. Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər.

Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır, qaliblərin adları 2019-cu il mayın 20-dək Nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır, qalib ssenarilərə dövlət sifarişi ilə cari və növbəti illərdə filmlər çəkilir, bu reqlamentin tələblərinə cavab verməyən ssenarilərə baxılmır və müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930