SON DƏQİQƏ

naxcivanxeberleri.com

Belarusda Novruz bayramı qeyd olunacaq

Belarusda Novruz bayramı qeyd olunacaq
15-03-2019, 22:15

Martın 18-də Minskdə Beynəlxalq Novruz Gününə həsr olunmuş tədbirlər keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, təşkilatçılar Azərbaycan, İran, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın Belarusdakı səfirlikləridir.

Proqramda folklor qruplarının çıxışları, hər bir ölkənin milli mətbəxinin təamlarının təqdimatı və dequstasiyası nəzərdə tutulub. Qonaqlara həmçinin Novruz bayramını milli bayram kimi qeyd edən dövlətlərin səfirlikləri ilə birgə hazırlanan sərgi ilə tanış olmaq təklif ediləcək.

Qeyd edək ki, Novruz bəşəriyyət tarixinin ən qədim bayramlarından biridir. 2009-cu ildə bayram YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi tanınması barədə qərar qəbul edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930