SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda mədəni-kütləvi tədbirlərin təşkilinə diqqət artıb

Naxçıvanda mədəni-kütləvi tədbirlərin təşkilinə diqqət artıb
13-03-2019, 09:52

Fevral ayında muxtar respublikada mədəniyyətin inkişafı təmin edilmiş, silsilə tədbirlər keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ay ərzində muxtar respublikanın rayon mədəniyyət saraylarında əhalinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə konsertlər olmuş, film və tamaşalar nümayiş etdirilmişdir. Bu məqsədlə rayon mədəniyyət saraylarında 16 konsert və tamaşa təşkil olunmuşdur. Aparılan quruculuq işləri zamanı Şərur rayonunun Kərimbəyli kənd Mərkəzi istifadəyə verilmiş və burada kənd kitabxanası və klubu üçün də lazımi şərait yaradılıb.

Fevral ayında Şərur yallılarının reyestrə alınması işi davam etdirilmiş, bir neçə yallının çəkilişi aparılmış və nota köçürülüb.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyi, Cəlil Məmmədquluzadənin 150 illiyi, Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illiyi və başqa yubiley günləri ilə bağlı tədbirlər keçirilmişdir. Nazirlik keçirilən tədbirlərin kütləviliyinə və rəngarəngliyinə, keyfiyyət dəyişikliyinə də diqqəti artırmışdır. Nazirlik tərəfindən forma müxtəlifliyinə diqqət yetirilməklə müxtəlif müsabiqələr, dəyirmi masa, oxucu konfransı, xatirə gecəsi, anım günü, kitab müzakirəsi, intellektual oyun, maarifləndirici tədbir, mühazirə, metodiki kurs, seminar treninq, kitabxana və kitabxanaçı günləri, mütaliə günü, nağıl günü və başqa tədbirlərin keçirilməsinə nəzarət artırılıb.

Ötən ay qədim diyarımızda muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində işlər davam etdirilmişdir. Bu dövrdə muzeyləri 4 min 958 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə 26 min 64 nəfər tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində muxtar respublikanı sakinləri fəal iştirak etmiş, muzeylərimizə 158 eksponat daxil olmuşdur.

Muxtar respublikanın kitabxanalarında əhaliyə mədəni xidmət işinin qurulması diqqətdə saxlanılmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi və sərgilərin yaradılması üçün bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş 19 kitabın müzakirəsi keçirilmişdir. Fevral ayında muxtar respublikanın kitabxanalarına 59 adda 149 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 288, oxucu gəlişi 8 min 391 nəfər olmaqla 10 nəfər məhdud fiziki imkanlı şəxsə səyyar kitabxana xidməti də göstərilib.

Muxtar respublikanın klub müəssisələrində dərnəklərin təşkili və fəaliyyəti ilə bağlı bir sıra işlər görülmüşdür. Fevral ayında mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı 172 tədbir keçirilmiş, 75 sərgi təşkil edilib.

Fevral ayında teatr kollektivlərinin nümayiş etdirdikləri tamaşalar da muxtar respublikanın sakinlərinin asudə vaxtlarının mənalı təşkilinə istiqamətləndirilib. C.Məmmədquluzadə adın Naxçıvan Dövlət Musiqili Dram Teatrı Hüseyn Cavidin “Xəyyam”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “İnanmayaq tülkülərə”, Naxçıvan Dövlət Uşaq Teatrı “Bu günün çay dəsgahı”, Babək Rayon Xalq Teatrı “Beş manatlıq gəlin” tamaşalarını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin, “Şərur” Xalq Yallı Ansamblının, rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin muxtar respublikanın rayon və kəndlərində konsertləri təşkil olunub.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın rayon və kəndlərində “Yarımçıq xatirələr”, “Nəsimi” filmlərini nümayiş etdirmiş, məktəblilər üçün kinoviktorina keçirilib.

Bu müddətdə nazirliyin tabeliyində olan təhsil müəssisələrində ustad dərslər, metodiki kurs, açıq dərslər davam etdirilmiş, intellektual oyunlar təşkil olunub.


Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 320
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031