SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan teatrı 138-ci mövsümünə başlayıb

Naxçıvan teatrı 138-ci mövsümünə başlayıb
25-09-2020, 19:39

Sentyabrın 25-də görkəmli dramaturq Cəfər Cabbarlının “Aydın” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 138-ci teatr mövsümünü açıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, 1883-cü il mayın 11-də əsası qoyulan və bu gün 138-ci mövsümünə başlayan Naxçıvan teatrı həmişə Azərbaycan teatr hərəkatının önündə gedərək tamaşaçıların mənəvi və estetik tərbiyəsində mühüm rol oynayıb, bəşəri və milli məsələləri səhnəyə gətirməklə daim tamaşaçı sevgisi qazanıb.

Vurğulanıb ki, Naxçıvan teatrı milli dramaturgiyamızın klassik nümunələrinə geniş meydan verməklə, milli şüurun formalaşmasına, Azərbaycançılıq ideyasının yayılmasına qayğı ilə yanaşıb, ölkədə milli mənafeyə xidmət işinə dəyərli töhfələr verib. Bütün bu uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu prinsipial, sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir, teatr sənətinə bağlı insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Diqqətə çatdırılıb ki, ötən teatr mövsümündə “Ehsan xan Kəngərli”, “Ölülər və dəlilər”, “Teleskop” və “Burla Xatun” kimi maraqlı, eyni zamanda ideya-bədii cəhətdən müxtəlifliyi ilə seçilən əsərlər səhnələşdirilib. Həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aprel ayından etibarən mövcud vəziyyətlə əlaqədar olaraq “Burla Xatun”, “Ehsan xan Kəngərli” və “Teleskop” tamaşalarını, “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni onlayn formada təqdim edib, “Ağıldan bəla” əsəri əsasında hazır­lanmış tamaşanın isə onlayn premyerasını keçirib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivini və teatr­sevərləri 138-ci teatr mövsümünün açılışı münasibətilə təbrik edib, teatr kollektivinə yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra “Aydın” tamaşası göstərilib. Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc rejissor Həcərxanım Məmmədova, rejissoru və səhnə tərtibatçısı Səyyad Məmmədovdur.
Tamaşada professional aktyor heyəti təmsil olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031